Türkiyənin İstanbul şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokunda şəxsi mübarizədə qaliblər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan Anna Başta ilk görüşündə Çloe Fox-Gitomeri (ABŞ) 15:9 hesabı ilə məğlub edib. Ən güclü "16-lığ"a yüksəlmək üçün koreyalı rəqibi Eunhye Jeuna 15:8 hesabı ilə qalib gələn sablyaçımız növbəti mərhələdə fransalı Karolin Queroli (15:12) mübarizədən kənarlaşdırıb. Başta yarımfinalda ispan Lusia Martinə 13:15 hesabı ilə uduzub.
Dünya Kubokuna sabah keçiriləcək komanda yarışı ilə yekun vurulacaq.