15:18 28.03.2022 1772

"Nə qədər ki, De Byazi millidədir..." - Vaqif Cavadov

Maltada təlim-məşq toplanışında olan və martın 25-də "cırtdan ölkə"nin yığma komandası ilə keçirdiyi qarşılaşmada uduzan (0:1) Azərbaycan millisi azarkeşləri yenə ümidsizliyə düçar etdi. Millətlər Liqasına hazırlaşan Canni De Byazinin rəhbərlik etdiyi kollektiv yeni mövsümə hazırlığın startında "köhnə hamam, köhnə tas" deyiminə uyğun göründü. 

Mütəxəssislər əsas günahkarın məhz italiyalı mütəxəssis olduğunu düşünür. Daha doğrusu, Qazaxıstanın "Turan" klubunun məşqçisi, Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov bu iddiadadır. 

Fanat.Az-a açıqlama verən gənc mütəxəssis daha təcrübəli həmkarlarını da onun səsinə səs verməyə çağırıb:  

"Bərbad oyun... Hamısı da baş məşqçi ilə əlaqədardır. Canni De Byazi nə qədər komandamızda olacaqsa, millidən bundan artığını görməyəcəyik. Hər dəfə belə oyun izləyəcəyik. Bəzi mütəxəssislər deyirdi ki, indiki milli üzvləri ən istedadlı futbolçu nəslimizdir. Hanı? Nə oyunları, nə də nəticələri ilə bizim dövrümüzdəki millinin yaxınına belə, gedə bilər. Ola bilər ki, ayrı-ayrı futbolçuların fərdi ustalıqları yaxşıdır, potensialları var, amma komanda oyunu yoxdur. Mən oyunçuları günahlandırmıram, görünür, baş məşqçi onlardan düzgün istifadə etmir, komandanı hazırlaya bilmir. Oyun və taktika baxımından heç bir irəliləyiş görmürəm. İlk gündən necəydisə, eyni şəkildə davam edir. Baş məşqçinin işi göz qabağındadır. Azarkeşləri başa düşürəm. İndiki dövrdə hamı futbolu bilir. Sıravi azarkeşlər bunu görürsə və narazılıq bildirirsə, güclü mütəxəssislərimizin susmasını heç cür başa düşmürəm. Nə qədər tərifləyəcəyiksə, daha bərbad olacaq, inkişaf olmayacaq. Nə qədər susmaq olar? İstər Karlos Alberto Torresin, istərsə Şahin Diniyevin vaxtında komanda uduzanda hamı tökülürdü milli komandanın üstünə, futbolçuları, Rəşad Sadıqovu, Mahir Şükürovu, Vaqif Cavadovu tənqid edirdilər. Sizdən bir istəyim var: o vaxt bizə necə tənqidi yanaşırdınızsa, sual atəşinə tuturdunuzsa, indikilərə də həmin münasibəti göstərin. Azərbaycan futbolunu yüksəyə qaldırmaq istəyiriksə, olanı deməliyik, tənqidi yanaşmalı və yalandan tərifləməməliyik".

 Mirağa   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
18:08

"Dinamo Kiyev"in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər

17:49

"Arsenal" Bruno Gimarayeşi rənglərinə bağladı

17:10

"Qalatasaray" portuqaliyalı müdafiəçini ala bilər

16:37

"Fənərbağça" "Real"ın hücumçusu ilə anlaşmağa yaxındır

16:08

Koxalski "Qarabağ"dan ayrılmağa və bu kluba keçməyə yaxındır

15:40

"İmişli" Quba Olimpiya İdman Kompleksi ilə vidalaşdı

15:03

Messinin atası vəfat etdi

14:55

"Beşiktaş"ın müdafiəçisinə Almaniya və İspaniyadan təkliflər var

14:22

Azərbaycan yığması Estoniyanı yendi

13:46

"Vilyarreal"ın nümayəndələri "Sabahın Ulduzları"nda

13:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:48

Tibo Kurtua başladı

12:17

Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

11:49

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

11:23

Kulibali üzləşdiyi oğurluq hadisəsinin fotosunu paylaşdı

10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

Facebookdan bizi izləməyi unutmayın.
X