
Şimali Makedoniya ilə həlledici oyun ərəfəsində: "Dünya çempionatı Portuqaliyasız keçirilə bilməz!” – deyən portuqaliyalı Kriştianu Ronaldu haqlı çıxdıqdan sonra sosial şəbəkədə yeni status paylaşıb.
Fanat.Az xəbər verir ki, Portudakı pley-off matçında Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub etdikdən sonra o, qələbə fotosunu paylaşıb və belə yazıb:
"Məqsədə çatdıq, biz Qətərdəki Dünya çempionatındayıq, burada olmalıyıq! Yorulmaz dəstəyə görə bütün portuqallara təşəkkür edirik! Biz Portuqaliyaya gedirik".
Ronaldunun "Instagram"dakı bu paylaşımı bir gecədə 6 milyona yaxın bəyənmə toplayıb.
Mirağa