14:11 28.04.2022 269

“Heç kimi indidən “Araz-Naxçıvan”ın finala yüksələcəyini düşünməsin”

Yüksək Liqanın pley-off mərhələsində “Araz-Naxçıvan” ilə “Baku Fire” qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, hər iki komandanın baş məşqçisi Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışıblar. 

Joze Alesio Da Silva ("Araz Naxçıvan): “Təxminən bir illik fasilədən sonra zalların üzümüzə açılması, çempionatın bərpası, oyunların keçirilməsi müsbət haldır. Buna görə də sevinmək lazımdır. Əlbəttə, işin təşkilati tərəfindən də narazı qala bilmərəm. İstər oyunların keçirilməsi üçün zalların ayrılması, təqvimin müəyyənləşdirilməsi, komandalara yaranan problemlərin dərhal həllində köməkliyin göstərilməsindən məmnunuq. Əsas narahat edən məqam komandaların gözlədiyimdən bir qədər zəif çıxış etməsidir. Düzdür, mövsümə “Record club” yaxşı heyətlə başlamışdı. İranlı legionerlərlə “döyüşə” atılan komandanın uğuru uzun çəkmədi və heyəti dağıldı. Hakimlərlə bağlı da işlər görülür, amma bir qədər diqqətli olmalarını arzulayıram. Başa düşürəm, oyun intizamı, qaydaları əsasdır və hər kəs buna riayət etməlidir. Lakin fikrimcə vərəqədən çox istifadə edirlər.

Həlledici raund çox gərgin keçəcək. Çünki çempionatın ən yaxşı iştirakçıları bu mərhələdə gücünü sınayacaq. Əsas mərhələdən fərqli matçlar izləyəcəyik.

Finala gedən yolda rəqibimiz “Baku Fire”dir. Güclü heyətə malikdirlər. Həm təcrübəli, həm də gənc futzalçılarla bizə, “Neftçi”yə, EKOL-a qarşı uğurlu oyunlar keçiriblər. Hörmətlə yanaşırıq. Özlərinin oyun üslubu, intizamı olan komandadır. Çox diqqətli olmalıyıq. Yaxşı təşkilatlanmış bir komanda ilə qarşılaşacağıq.

Heyətimizdə də itkilər var. Əsas qapıçımız, eləcə də heyət oyunçularımızdan biri bizə kömək edə bilməyəcək. Heyətimiz məhduddur. İtkilərin olması da mənfi təsir edəcək. İlk görüşdə gənc qapıçının ümidinə qalacağıq. Elə etməliyik ki, problem yaşamayaq. Müəyyən taktiki gedişlər edəcəyik. Xüsusilə də qapıçımızın təcrübəsiz olması bizi düşündürür. Ancaq heç kimi indidən “Araz-Naxçıvan”ın finala yüksələcəyini düşünməsin. Hər iki komandanın şansı bərabərdir”.

Teymur Eyvazov (“Baku Fire”): “Əsas mərhələni qiymətləndirsək, komandamın uğurlu çıxış etdiyini qeyd edə bilərəm. Əksər oyunlarda əzmkarlıq nümayiş etdirdik və bunun nəticəsində də xal və xallar qazandıq. Xüsusilə də qış fasiləsindən sonra kollektivimiz daha inamlı və baxımlı oyun nümayiş etdirdi. Əlbəttə, bunu sona qədər – pley-off mərhələsində də davam etdirə bilsək, mövsümü mükafatçılar sırasında başa vurmağı bacaracağıq. Çempionatı medalla başa vurmağı çox istəyirik.

Pley-off mərhələsindəki matçların çempioantdakı duellərdən daha çətin və gərgin keçəcəyini düşünürəm. Yaxşı hazırlaşmaq üçün 5 günlük məşq proqramı hazırlamışıq. Əsas narahat olduğum məqam, futzalçılarımızın yüngül zədəsinin olmasıdır. Ümid edirəm ki, həlledici mərhələnin oyunlarına tam heyətlə çıxmağı bacaracağıq. Rəqiblərimizlə pley-off mərhələsində dəfələrlə üz-üzə gəlmişik, həm biz onları, həm də onlar bizi yaxşı tanıyır. “Baku Fire”in ən yaxşı oyunlarını məhz pley-off mərhələsində nümayiş etdirəcəyini düşünürəm. Məqsədimiz yenə deyirəm, cari çempionatı mükafatçılar sırasında başa vurmaqdır”.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
18:05

MPL: "Qəbələ" "Sabah"a qalib gəlir - YENİLƏNİR

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X