21:53 15.05.2022 551

"Yaxşılığa doğru dəyişikliklər gözlənilir" - Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:

“Artıq çempionluğu təmin etmiş komandaya qarşı oynayırdıq. Onları bu çempionluq münasibəti ilə təbrik edirəm. Bu oyunda bizi yalnız o düşündürürdü ki, son turda “Sumqayıt”la görüşə son pillədən qurtulmaq şansımızı saxlayaq. Lakin bu da alınmadı. Onsuz da bu heyətlə ciddi hədəflər uğrunda mübarizə apara bilməyəcəyimiz bəlli idi. Sadəcə, futbolçuların əzmi, istəyi ilə nəyəsə nail olacağımıza ümidliydik. Amma təəssüf ki, bu ümidlərimiz doğrulmadı. Müasir futbolda hər xırda detal çox vacibdir. Hesab edirəm ki, növbəti mövsümdə indikindən daha yaxşı mövqelərdə olmağımız üçün heyətimiz azı 80 faiz dəyişməli, güclənməlidir.
 
Mövsümün sonuna kimi növbəti mövsüm barədə düşünməməyə çalışırdıq. Lakin bu gün “Sumqayıt”ın bir xal qazanması ilə son matçımızın demək olar ki, bir əhəmiyyəti qalmadı. Bu üzdən bütün fikrimzi növbəti mövsümə yönəldə bilərik. Heyətdəki oyunçulardan kimlərin qalacağı, kimlərin gedəcəyi barədə rəhbərliklə birgə müzakirələrdən sonra qərar verəcəyik. Yaxşılığa doğru dəyişikliklər gözlənilir. Təbii ki, edəcəyimiz transferlərdən çox şey asılıdır. Çalışacağıq ki, keyfiyyətli futbolçular alaq, daha mübariz kollektiv formalaşdıraq. Rəhbərliklə söhbətimizdə də bu amilin rolu az olmadı. Həm də uzun müddətdir bu klubda çalışıram. Bütün bunlar yeni müqavilə bağlamağımda müəyyən rol oynadı. Digər tərəfdən, klubun ən yaxşı günlərində burada olmuşamsa, ən çətin anlarında da atıb gedə bilməzdim. Təbii ki, bu mövsümdə olduğu şərtlər irəli sürülsəydi, bəlkə fikirləşərdim. Amma büdcənin ən azı indikindən daha yaxşı olacağına dair vədlər verildi. Bu, tək bizə aid deyil. Digər klublar da daha güclü olmağa çalışacaqlar. Ona görə növbəti mövsümdə daha maraqlı çempionat izləyəcəyimizi düşünürəm”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

Facebookdan bizi izləməyi unutmayın.
X