Mövsümün sonuna yaxın "Səbail"lə müqavilə yeniləyən və gözlənilmədən postundan ayrılan Aftandil Hacıyevin yerinə əsas namizədlər müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi hazırda iki mütəxəssisin adı ətrafında düşünür.
Bunlar Tərlan Əhmədov və Mahmud Qurbanovdur.
Son klubdaxili toplantıda "Keşlə"dən ayrılandan - 2020-ci ilin avqustundan işsiz olan Əhmədovun təcrübəsi və əvvəlki klublarda ortaya qoyduğu nəticələr müzakirə edilib. Bu mütəxəssisin məhdud büdcə ilə rəqabətədavamlı kollektiv formalaşdırmaq bacarığı vurğulanıb.
Hazırda "Neftçi"nin əvəzedicilərinin baş məşqçisi qismində fəaliyyət göstərən Qurbanovun Premyer Liqa təcrübəsinin azlığı önə çəkilsə də, müzakirələr zamanı bu mütəxəssisin kifayət qədər özünü göstərmək imkanı qazanmadığı da qabardılıb.
Toplantıda alternativ variantlar olaraq Şahin Diniyev və Yunis Hüseynovun da adı hallanıb.
Emin