İrəvanda boks üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışda iki Azərbaycan əsilli idmançı çempion olub.
Gürcüstanı təmsil edən Sahil Allahverdov 48, Serbiya yığmasında yer alan Vahid Abbasov isə 67 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıblar.
Ümumilikdə 3 qızıl, 1 gümüş medal qazanan Gürcüstan seçməsi komanda hesabında birinci, Serbiya 2 "qızıl"la ikinci yeri tutub.
Xatırladaq ki, Azərbaycan yığması Avropa çempionatında iştirak etməyib.