14:35 02.06.2022 486

İrəvanda çempion olan soydaşımız: \"Azərbaycan himnini səsləndirməyi arzulayıram\"

"Yaxınlarım mən İrəvana yollanarkən çox narahat idilər. Düşünürdülər ki, azərbaycanlı olduğumu bildikdə mənə qarşı nəsə təxribat törədərlər. Amma sözün düzü, elə bir xoşagəlməz halla rastlaşmadım".

Bunu Fanat.Az-a açıqlamasında İrəvanda keçirilən böyüklər arasında Avropa çempionatında 67 kiloqram çəki dərəcəsində Serbiyaya qızıl medal qazandıran əslən azərbaycanlı boksçu Vahid Abbasov deyib. 

Rusiyada doğulub-böyüyən 25 yaşlı dəri əlcək ustası Azərbaycana bağlığından söz açıb:

"Əslimiz Gürcüstanın Qardabani bölgəsindəndir. Valideynlərim orada doğulub boya-başa çatıblar. Azərbaycanda babamgil, dayım və digər qohumlarım yaşayır. Orada üst-üstə üç-dörd dəfə, sonuncu dəfə isə üç il əvvəl professional boks turnirində olmuşam. Ancaq mən özümü hər zaman bir azərbaycanlı kimi hiss etmişəm. 

Bunadək Rusiya bayrağı altında 22 yaşadək boksçular arasında Avropa çempionu olmuşam. Amma böyüklərdən ibarət yığmada mənə yer tapılmadı. Müəyyən haqsızlıqlarla üzləşdim. Çox istəyərdim ki, Azərbaycandan mənə təklif gəlsin. Lakin çox təəssüf, bu, olmadı. Serbiyaya yol açıldı, bura gələsi oldum".

Abbasov yarışda rəqiblərindən bir baş üstün döyüşdüyünü, bu üzdən hakimlərə heç bir seçim yeri qoymadığını bildirib: 

"Yaxınlarım mən İrəvana yollanarkən çox narahat idilər. Düşünürdülər ki, azərbaycanlı olduğumu bildikdə mənə qarşı nəsə təxribat törədərlər. Amma sözün düzü, elə bir xoşagəlməz halla rastlaşmadım. Bütün görüşləri də bir baş üstün döyüşdüyüm üçün hakimlərin də hansısa seçim yeri yox idi".

Avropa çempionu qarşıda Azərbaycandan təklif olacağı təqdirdə, bunu müsbət dəyərləndirə biləcəyini deyib. O, qitə birinciliyində Gürcüstan bayrağı altında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış digər Azərbaycan əsilli boksçu Sahil Allahverdiyev (Sahil Allahverdov) ilə yarışdan sonra aralarındakı dialoqdan da bəhs edib:

"Çempion olduqdan sonra sosial şəbəkələrdə bir çox soydaşımdan təbrik mesajı aldım. Bu cür diqqət, yazılan xoş sözlər məni çox sevindirdi, bir daha azərbaycanlı olmağımla qürur duydum. Azərbaycan Boks Federasiyasından təklif gəlsə, çox sevinərəm. Bütün qəlbimlə istəyərdim ki, Azərbaycanın himnini səsləndirim, bayrağını ucaldım.

Sahil Allahverdiyevin də azərbaycanlı olduğunu biləndə çox sevindim. Yarışdan sonra görüşüb, bir-birimizi təbrik elədik. Ona dedim ki, yaşasın Vətənimiz".

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

Facebookdan bizi izləməyi unutmayın.
X