Veteran boksçu Vitali Kliçko DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal matçında Şotlandiyanı 3:1 hesabı ilə məğlub edən Ukrayna millisinin qələbəsini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, siyasi fəaliyyəti ilə də tanınan dünya çempionu ölkəsinin yığmasının Qlazqodakı qələbəsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
"Ukraynanı təbrik edirəm! Bizə çox lazım olan qələbə idi. Uşaqlar, nəfəskəsən mübarizəyə və önəmli zəfərə görə çox sağ olun! Bu gün istənilən qələbə Ukrayna üçün vacibdir. İstər cəbhədə, istər idmanda, istərsə də mədəniyyət sahəsində... Biz sübut edirik ki, məğlubedilməz və güclüyük. Ölkəmizin qələbə qazanmağa qadir olduğunu isbatlayırıq!"
Qeyd edək ki, Şotlandiyanı üstələyən Ukrayna pley-off mərhələsinin finalında Uelslə üz-üzə gələcək. Final görüşü iyunun 5-də reallaşacaq. Həlledici qarşılaşmadan qalib ayrılan tərəf Qətərdə keçiriləcək mundialda iştirak hüququ qazanacaq.
Nihat