Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, ilk raunddan azad olan Azərbaycan təmsilçisi “Zirə”nin bu mərhələdəki rəqibi bəlli olub.
Paytaxt klubu "Makkabi" (Tel-Əviv, İsrail) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun Bakıda keçiriləcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.
Röya