18:49 26.06.2022 709

"Azarkeşlərim daha əsəb, stress keçirməyəcək" - İlham Zəkiyev

Azərbaycanın tanınmış idmançısı, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Fanat.Az-a müsahibə verib.

Qarabağ qazisi avqust və noyabr aylarında keçiriləcək Avropa, dünya çempionatlarına hazırlığı, yarışlarda qarşısına qoyduğu məqsəd, həmçinin 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı unudulmaz xatirəsi barədə danışıb.

- İlham bəy, bu ilin avqustunda üç illik fasilədən sonra paralimpiya cüdosu üzrə Avropa çempionatı keçiriləcək. İtaliyada baş tutacaq yarış yeni qaydalarla ilk qitə çempionatı olacaq. Hazırlıqlar necə gedir?

- Zədələr səbəbindən Tokio Paralimpiadasından sonra tatamidə məşq etməmişəm. Hələlik fiziki məşqlərlə kifayətlənirəm. Həkimin rəyini gözləyirəm. Yəqin ki, yaxın vaxtlarda tam hazırlıqlara start verəcəyəm. 

- 2005-ci ildən 2017-ci ilədək qatıldığınız bütün Avropa çempionatlarının qalibi olmusunuz. Lakin sonuncu belə yarışda gümüş medalla kifayətlənməli oldunuz. Sizi beş illik aradan sonra yenidən zirvədə gözləyəkmi?

- Öncədən söz vermək mənim xarakterimə uyğun deyil. Bunu yarış günü göstərəcək. Əlbəttə, həmişə olduğu kimi, ən yaxşısına nail olmağa çalışacağam. Yeni rəqiblərim var. Çıxışlarını izləmişəm. Zəif idmançılar deyil.

- Adlarını qeyd edərsiniz.

- Fransa və Niderland idmançılarıdır. Fransalı cüdoçu yeni qaydalarla təşkil olunan ardıcıl iki Qran-Pri yarışında final güləşdi. 

- Avropa çempionatından qısa müddət sonra - noyabrda Bakıda dünya çempionatı keçiriləcək. "Doğma divarlar" arasında baş tutacaq bu yarışda əsas diqqətlər sizə yönələcək. Xüsusən, əvvəlcədən də vurğuladığımız kimi, yeni qaydalarla təşkil olunacağından yarışa maraq daha böyük olacaq. Həyəcan hiss edirsinizmi?

- Şübhəsiz ki, evdə güləşmək hər zaman həyəcanlı, məsuliyyətlidir. Hələ bu, dünya çempionatı kimi mötəbər bir yarışdırsa, həyəcan ümumiyyətlə çox olur. İllərdir çalışıb-vuruşduğumuz məsələ həllini tapdı. Artıq görən idmançılarla görməyənlər ayrılıqda mübarizə aparırlar. Ən azından ona şadam ki, bu dünya çempionatını izləməyə gələcək yaxınlarım, azarkeşlər də daha əsəb, stress keçirməyəcəklər. Biləcəklər ki, İlham daha görən idmançılarla güləşmir. Mən də çalışacağam ki, onların ümidlərini maksimum dərəcədə doğruldum. 

- İlham bəy, zaman sürətlə keçir. "Doğma divarlar" arasında çıxış etdiyiniz ən möhtəşəm yarışdan - Bakı-2015 I Avropa Oyunlarından artıq yeddi il ötür. Siz məhz bu gün - 26 İyun Silahlı Qüvvələr Günündə çempion olmuşdunuz. Mükafatlandırma mərasimində medalınızı cənab Prezident, Ali Baş Komandan İlham Əliyev təqdim etmiş, çağırışınıza səs verib sizinlə birgə fəxri kürsüyə qalxmışdı. Həmin xoş görüntülər bundan sonra hələ uzun illər keçsə də, unudulmayaq. O günlə bağlı xatirələrinizi bölüşərsiniz...

- Açılışdan təxminən üç ay əvvəl mənə zəng edib dedilər ki, sabah BEGOC-da olum. Mərhum gənclər və idman nazirimiz Azad Rəhimov orda mənə dedi İlham, cənab Prezident və Mehriban xanım Açılış mərasimində məşəli alovlandırmaq vəzifəsini sənə həvalə edib. Amma bu sirr olaraq qalmalıdır. Xəbəri eşidəndə şokda idim. Bunun nə demək olduğunu bilirdim. Üç ay ərzində həftədə bir-iki dəfə stadiona gedir, orda məşq edirdik. Şükürlər olsun ki, hazırlıqlar öz bəhrəsini verdi və biz tam sərbəst şəkildə bu şərəfli missiyanın öhdəsindən layiqincə gəldik. 

Aprel ayının 26-da cənab Prezident Atəşgah məbədində məşəli alovlandıranda mənim onunla qısa dialoqum olmuşdu. O, mənə demişdi ki, İlham, yarışa necə hazırlaşırsan? Cavabında demişdim ki, Cənab Ali Baş Komandan, mən iyunun 26-da - Silahlı Qüvvələr Günündə tatami üzərinə çıxacağam və çalışacağam ki, bu əlamətdar gündə Sizə medal hədiyyə edim. O da cavabında məndən ancaq qızıl medal gözlədiyini demişdi. Avropa Oyunlarına ağır çəki dərəcəsində qitənin ən güclü cüdoçuları dəvət olunmuşdu. Onların hər biri ilə ayrı-ayrı turnirlərdə qarşılaşmışdım. Hazırlıq prosesində məşqçilər korpusu ilə birlikdə hər birinin üzərində ciddi şəkildə işləmişdik. İlk görüşdə qarşılaşdığım Yunanıstan təmsilçisi ilə bunadək dəfələrlə görüşüb qalib olmuşdum. Bakıda da hər şey qaydasında oldu, cəmi 29 saniyəyə onu tam üstünlüklə məğlub etdim. Həlledici görüşdəki rəqibim Pominovla bunadək bir dəfə - komandalararası Avropa çempionatının finalında qarşılaşmışdıq. Ümumi hesab 2:2 olarkən biz görüşürdük. Qalib tərəf həm də çempion komandanı müəyyənləşdirəcəkdi. İki dəqiqə ərzində onu "ippon"la udmuşdum. Lakin Bakıdakı final görüşündə üzərimdə həyəcan çox idi. Mənə xəbər veriləndə ki, Prezident İlham Əliyev sənin görüşünü izləmək üçün arenaya təşrif buyurub, həyəcan ikiqat artdı. Bu səbəbdən tələsməmək qərarına gəldim, gözləmə mövqeyi tutdum. Çünki cüdo elə bir idman növüdür ki, ani bir ehtiyatsızlıq, saymazlıq görüşün əldən getməsi ilə nəticələnə bilər. Vaxtımı gözlədim və rəqibi tam üstünlüklə məğlub etdim.

Cənab Prezident təltif etmək üçün mənə yaxınlaşanda əvvəlcə Silahlı Qüvvələr Günü münasibətilə onu təbrik etdim, sonra xahiş etdim ki, mənim yanıma - fəxri kürsüyə çıxsın. Çox sağ olsun, o da xahişimi yerə salmadı. Bu anda mən ona dedim: "Cənab Ali Baş Komandan, əsgər Zəkiyev Sizin döyüş tapşırığınızı yerinə yetirdi". O da məni qucaqlayaraq dedi ki, İlham, bütün Azərbaycan səninlə fəxr edir. Sadəcə, möhtəşəm idi. Həmin anları heç vaxt unutmayacağam. Allaha şükürlər olsun ki, bu xoşbəxtliyi yaşamaq mənə nəsib oldu.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

Facebookdan bizi izləməyi unutmayın.
X