Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, yığma B qrupunun son oyununda İran seçməsi ilə qarşılaşıb. Matç rəqibin 42:20 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, Azərbaycan millisinin İslamiadada ikinci məğlubiyyəti olub. Daha əvvəl komandamız Türkiyə həndbolçularına 19:29 hesabı ilə uduzmuşdu. Beləliklə, qrup sonuncusu olan yığmamız yarışla vidalaşıb.