Londonun "Çelsi" klubu yay transfer pəncərəsinin sonlarına yaxın daha bir transfer reallaşdırmaq istəyib.
Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" "Layptsiq"in 20 yaşlı müdafiəçisi Yoşko Qvardiolun transferi üçün 90 milyon avro təklif edib.
Almaniya klubu isə xorvatiyalı futbolçusu ilə yeni müqavilə imzalayıb və "Çelsi"nin təklifini rədd edib.
Emin