"Çelsi"nin baş məşqçisi Tomas Tuxel "Barselona"dan qabonlu hücumçu Pyer-Emerik Obameyanqın transferini şərh edib.
Fanat.Az xəbər verir ki, London klubu almaniyalı çalışdırıcının dediklərini belə çatdırıb:
“Bunu bacardığımız üçün çox şadıq. Oynadığı hər yerdə qollar vurur, sürətlidir və topla davranma bacarığı nümayiş etdirir. Bu, onun komandamıza gətirə biləcəyi vacib amillərdir. Onunla yenidən bir araya gəlmək xoşdur".
Xatırladaq ki, "Borussiya Dortmund"da Tuxel və Obameyanq artıq bir yerdə işləyib.
Emin