15:08 07.09.2022 526

"Qarabağ" da sıradan rəqib deyil" - Şahin Diniyev

Sabah "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Ağdamlılar səfərdə Almaniya "Frayburq"una qarşı mübarizə aparacaq. 

Futbol üzrə Azərbaycan millisinin sabiq çalışdırıcısı Şahin Diniyev Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın şanslarını dəyərləndirib: 

"Ümumiyyətlə püşkatmaya baxsaq görərik ki, ən çətin qrup məhz G qrupudur. Orada yer alan klublar Çempionlar Liqasında çıxış edəcək komandalardır. Qrupun favoriti də elə "Frayburq"dur.

Rəqib böyük futbol ölkəsini - Almaniyanı təmsil edir. Şübhəsiz, Bundesliqanın hazırki lideri sıradan komanda deyil. Rəqib fiziki hazırlığa və sürətə hesablanmış futbol sərgiləyir. Meydanın bütün zonalarında "Qarabağ"a qarşı yüksək təzyiq nümayiş etdirəcəklər. 

Bütün dediklərimə rəğmən, nəzərə almaq lazımdır ki, "Qarabağ" da sıradan bir rəqib deyil. Dəfələrlə belə oyunlarda bizi sözün yaxşı mənasında, təəccübləndirməyi bacarıb. Hər iki komanda topa nəzarəti sevən və hücum futbolu nümayiş etdirən komandalardır. Fikrimcə, bizi çox maraqlı oyun gözləyir". 

56 yaşlı mütəxəssis əsas forvardı İbrahima Vadji ilə vidalaşan "Qarabağ"a nominal hücumçu qismində kimin daha faydalı olacağına da toxunub:

"Etiraf edək ki, Vadji ən yaxşı formasını elə "Qarabağ"da yığmışdı. Mövsüm boyu o, həmin səviyyədə deyildi. Yalnız son oyunlarda yaxşı performans göstərirdi. Vadjinin dəfələrlə aşkar qol epizodlarından yararlanmadığının şahidi olmuşuq. Onu əvəz edəcək futbolçuya gəlincə, Ramil Şeydayev və Musa Qurbanlı belə oyunlar üçün hazır deyil. Hücumun mərkəzində Ovusu Kvabenanın yer ala biləcəyini düşünürəm. "Qarabağ"ın "Kəpəz"ə qarşı keçirdiyi oyunda Ovusunun heç nə ilə yadda qalmaması göstərici deyil. Ölkə çempionatı çərçivəsində keçirilən matç tam başqa bir oyundur. Ovusu sürət, texnika və fərdi oyun baxımından Vadjidən geri qalan futbolçu deyil". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

16:01

MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X