Sentyabrın 14-də şahmat üzrə "Global Championship" yarışı start götürəcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov da iştirak edəcək.
"Global Championship"də ümumilikdə 64 qrossmeyster çıxış edəcək. Onlar ilkin mərhələdə pley-off sistemi ilə mübarizə aparacaq.
Məmmədyarov ilk görüşünü belaruslu Vladislav Kovalevə, Rəcəbov Hou Yifana (Çin), Məmmədov isə Nihal Sarinə (Hindistan) qarşı keçirəcək.
Hər bir matç sürətli oyunlardan ibarət olacaq. Heç-heçə təqdirində, şahmatçılar "armageddon"da münasibətlərinə aydınlıq gətirəcəklər.
.
Görüşlərin təqvimi hələlik tam açıqlanmayıb.
Noyabrın 2-7-də Kanadanın Toronto şəhərində keçiriləcək final mərhələsində pley-off görüşlərinin nəticələrinə əsasən, səkkiz ən yaxşı şahmatçı mübarizə aparacaq.
Turnirin mükafat fondu bir milyon dollardır.