Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
“Le10Sport” nəşri: "PSJ rəhbərliyi “Milan”ın hücumçusu Rafael Leaunu öz komandasına cəlb etmək niyyətindədir".
"The Atletic" nəşri: "Erik Ten Haq qış transfer pəncərəsində "Mançester Yunayted"in yenidən qurulmasını istəyir. Lakin klub maliyyə sıxıntılarına görə onun istəklərini yerinə yetirməyə bilər".
"Bild" nəşri: "Çelsi"nin keçmiş baş məşqçisi Tomas Tuxel "Bavariya"nın başına keçmək üçün fədakarlıq etməyə hazırdır. Almaniyalı mütəxəssis "rekordmayster"lə müqavilə imzalamaq üçün maaşının azaldılmasına razıdır".
"Real Madrid"in ulduz yarımmüdafiəçisi Marko Asensio "Barselona"ya mümkün transferi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib: "Açığı, "Barselona"nın məni istəyib-istəmədiyini bilmirəm. "Real Madrid"də olduğum üçün çox xoşbəxtəm. Ançelottinin mənə olan inamı böyük rol oynadı. Mən "Real Madrid"lə titullar qazanmağa davam etmək istəyirəm. Amma hər şeyi zaman göstərəcək. Təbii ki, karyeramı istənilən halda harada olsa davam etdirəcəyəm".
Emin Şəmsiyev