15:29 22.09.2022 340

"Onlar gözəl bilir ki, rəqabət gərgin keçəcək" - Ayxan Abbasov

Yığma komandaların Millətlər Liqasında çıxışı səbəbilə ölkə çempionatlarında fasilə yaranıb. Misli Premyer Liqasında da iki həftəlik fasilə davam edir. 

"Turan Tovuz" klubunun çalışdırıcısı Ayxan Abbasov Fanat.Az-a açıqlamasında yaranmış fasilədən necə istifadə etdiklərini açıqlayıb: 

"Fasilə olacağını nəzərə almışdıq. Kimin gedib, kimin qalacağını gözləyirdik ki, planımızı ona uyğun quraq. Bundan səmərəli istifadə etməyə çalışırıq. Qarşıda bizi gərgin qrafik gözləyir. Bir aya 5 görüş keçirməli olacağıq. Gənc futbolçularımız var, onları məşqə çağırmışıq. Fasilədən istifadə edib həm də onların inkişafı istiqamətində çalışırıq. İrəlidəki çətin oyunlara hazır olmaq üçün özümüzü tam hazır vəziyyətə gətirməliyik. Zədəli oyunçularımız da var idi. Onları da tez bir zamanda sağaldıb turnirə hazır vəziyyətdə davam etmək istəyirik".

40 yaşlı mütəxəssis "Turan Tovuz"un debüt etdiyi mövsümdə turnir cədvəlinin 5-ci pilləsində yer almasının futbolçulara necə təsir etdiyi barədə də danışıb:

"Çempionat təzə başlayıb. Əlbəttə ki, turnir cədvəlindəki yer nəticə deyil. Amma komandanın hazırki vəziyyəti futbolçulara müsbət təsir edir. Turnir başlamamışdan qarşımıza bəlli bir məqsəd qoymuşduq ki, futbolçular inkişaf etsin, yeni komanda olaraq gələcəkdə daha yaxşı nəticələr əldə edək. Hələlik bu istiqamətdə işlərimiz davam edir. Oyunçular gözəl bilir ki, rəqabət gərgin keçəcək, xallar toplamaq çətin olacaq. Hər bir xal bizim üçün önəmlidir". 

Abbasov futbolçuların paytaxtdan kənarda oynamasının onlara necə təsir etdiyi ilə bağlı sualı belə cavablandırıb:

"Ppaytaxtdan kənarda qalmaq, istənilən bölgə təmsilçisinin futbolçularına təsir edə bilər. Biz oyunçuları komandaya dəvət edəndə onların hara gələcəkləri, hansı komandada çıxış edəcəkləri, regionun infrastrukturu barədə ətraflı məlumat vermişik. "Turan Tovuz"  futbolçuların rahatlığı üçün, onlara lazım olan şəraiti qurmaq üçün peşəkar səviyyədə çalışır. Oyunçularımız da qarşılarına bəlli bir məqsəd qoyub. Onların başlıca amalı peşəkarlıq nümayiş etdirməkdir. Futbolçunun paytaxtda olub oynamamasındansa, bölgədə olub maksimum oyun vaxtı əldə etməsi daha yaxşıdır. Futbolçularımız bunu dərk edir və bu, onların gələcək karyeralarına da təsirsiz ötüşmür. İstənilən futbolçu vətənindən, ailəsindən uzaqda qalanda darıxa bilər. Bu, normaldır. Amma bu, həm də peşəkarlığın bir hissəsidir. İşə düzgün yanaşsaq heç bir problem olmaz". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

17:33

"Heç-heçə ideal nəticədir" - Rodriqo

17:14

De Boskenin yeni iş yeri bəlli oldu

16:55

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

13:50

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

13:32

"Evdəki oyundan sonra finala yüksələcəyimizə əminik" - Toni Kroos

13:14

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

10:18

Qriliş "Mançester Siti"dən gedəcək, İngiltərədən yox

10:00

"Bir qədər üzücüdür, amma..." - Musiala "Real"la oyundan danışdı

09:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:21

"Bayern" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşdi

00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

Facebookdan bizi izləməyi unutmayın.
X