Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün beşinci turun görüşləri keçirilib.
Azərbaycanın dördüncü komandası ölkənin ikinci komandasını, üçüncü komanda Misiri yenib. Birinci komanda Özbəkistan-1-lə, Naxçıvan Kanada ilə, Sumqayıt Panama ilə "sülh bağlayıb".
V tur
Azərbaycan-1 - Özbəkistan-1 2:2
Azərbaycan-2 - Azərbaycan-4 1:3
Kanada - Azərbaycan-Naxçıvan 2:2
Azərbaycan-Sumqayıt - Panama 2:2
Misir - Azərbaycan-3 1:3
Bu nəticələrdən sonra xalını 7-yə çatdıran Azərbaycan-1 və Azərbaycan-4 turnir cədvəlində, müvafiq olaraq, 5 və 10-cu pillələrdə qərarlaşıblar. İlk üç sırada Türkiyə (10 xal), Qazaxıstan və Kuba (hər ikisi 8 xal) yer alır.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.