Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün altıncı turun görüşləri keçiriləcək.
Azərbaycan komandaları aşağıdakı kollektivlərlə qarşılaşacaq.
VI tur
Azərbaycan-4 - Azərbaycan-1
Azərbaycan-2 - Malayziya
Azərbaycan-Naxçıvan - Banqladeş
Azərbaycan-Sumqayıt - Latviya
Azərbaycan-3 - Cənubi Afrika Respublikası-1
Beş turdan sonra hərəyə 7 xal toplayan Azərbaycan-1 və Azərbaycan-4 turnir cədvəlində, müvafiq olaraq, 5 və 10-cu pillələrdə qərarlaşıblar. İlk üç sırada Türkiyə (10 xal), Qazaxıstan və Kuba (hər ikisi 8 xal) yer alıblar.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.