Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün yeddinci turun görüşləri keçiriləcək.
Azərbaycan komandaları aşağıdakı rəqiblərlə qarşılaşacaq.
VII tur
Azərbaycan-1 - Qazaxıstan
Azərbaycan-4 - Gürcüstan-1
Meksika - Azərbaycan-2
Gürcüstan-2 - Azərbaycan-3
Honkonq - Azərbaycan-Naxçıvan
CAR-2 - Azərbaycan-Sumqayıt
Altı turdan sonra Azərbaycan-1 9 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Azərbaycan-4 7 xalla 12-cidir. İlk üç sırada Türkiyə (12 xal), Hindistan və İran (hər ikisi 9 xal) yer alıblar.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.