Azərbaycan basketbol tarixində ilk dəfə olaraq 5 liqalı mövsümə start verilir.
Fanat.Az xəbər verir ki, bu mövsümdən etibarən Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 5 fərqli liqadan ibarət çempionat keçiriləcək.
Dekabr ayından başlayacaq "Həvəskar Basketbol Liqası" (HBL) və "Tələbə Basketbol Liqası" (TBL) adları ilə baş tutacaq liqalarda, müvafiq olaraq, 7 həvəskar və 8 universitet komandalarının iştirakı gözlənilir. Bundan əlavə, 19 noyabrda 8 komandanın iştirakı ilə "3x3 Qadın Basketbol Liqası" (3x3 QBL) adlı liqa və dekabr ayında isə oğlanlar və qızlar arasında müxtəlif yaş qrupları üzrə "Uşaq Gənclər Basketbol Liqası" (UGBL) adlı çempionatın startı planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının oyunları "Sərhədçi" İdman Mərkəzində, digər liqarda keçiriləcək oyunlar isə Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin idman zallarında baş tutacaq.