Azərbaycan ilk dəfə olaraq 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək.
Fanat.Az xəbər verir ki, qitə çempionatının oyunları 2023 -cü il 29 iyul - 6 avqust tarixləri aralığında Bakıda keçiriləcək.
Yarışda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.
Qeyd edək ki, U-18 millimiz sonuncu qitə birinciliyində bürünc mükafata sahib olub.