Beynəlxalq Triatlon Birliyi Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsovun iştirak edə biləcəyi reytinq yarışlarının təqvimini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 2023-cü ilin ilkin cədvəlində 4 Dünya Kuboku və Ümumdünya Triatlon Seriyasının eyni sayda mərhələ yarııı qeyd olunub.
İlk Dünya Kuboku martın 25-26-da Yeni Zelandiyada, sonuncusu isə oktyabrın 29-30-da Yaponiyanın Miyazaki şəhərində keçiriləcək.
Dünya Seriyasının mərhələlərinə gəlincə, həmin turnirlər Yokohama (Yaponiya, 13-14 may), Hamburq (Almaniya, 15-16 iyul), Sanderlend (İngiltərə, 29-30 iyul) şəhərlərində keçiriləcək. Final isə Pontevedrada (İspaniya, 23-24 sentyabr) olacaq.
Qeyd edək ki, Pevtsov dünya reytinqində 62-cidir.