Azərbaycan üzgüçüləri ilin beynəlxalq yarış mövsümünə Macarıstanda start verəcək.
Bu barədə Fanat.Az-a yığmanın baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib.
Çalışdırıcı sözügedən ölkənin açıq çempionatına qatılacaq idmançıların adlarını da açıqlayıb:
"Yarış 17-23 apreldə Kopeşvar şəhərində keçiriləcək. Orada millinin iki əsas üzvünün - Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangahın çıxışı nəzərdə tutulur".
Sahib