Türkiyədə daha bir idmançı zəlzənin qurbanı olub.
Fanat.Az xəbər verir ki, ölkənin Atıcılıq Federasiyası millinin üzvü Sefa Bayraktarın vəfat etdiyini açıqlayıb.
İdmançı Kahramanmaraşda dağıntılar altında qalaraq dünyasını dəyişib.
Qeyd edək ki, buna kimi "Merinos" voleybol klubunun üzvü olan Betül Çoban və onun voleybolçu həyat yoldaşı Bedrettin Çakır, eləcə də “Yeni Malatyaspor” futbol klubunun qapıçısı Əhməd Eyyub Türkaslan fəlakət nəticəsində həlak olublar.
Röya