Daşkənddə qılıncoynatma üzrə Dünya Kubokunun mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu günündə komanda yarışı keçirilir.
Azərbaycan komandası (Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç) 1/8 finalda Kanada komandasına 45:38 hesabı ilə qalib gəlib. Milli 1/4 finalda Fransa (45:44), yarımfinalda isə Macarıstan komandasını (45:37) məğlub edib.
Finalda Azərbaycan yığması Bolqarıstanla qarşılaşacaq.
Qeyd edək ki, fərdi yarışda Azərbaycan qılıncoynadanları uğursuz çıxış ediblər.