Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir.
Fanat.Az xəbər verir ki, 1/8 finalda Azərbaycan komandası (Ayxan Xasıyev, Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov) Macarıstan komandası ilə qarşılaşıb və uduzub - 25:45.
9-16-cı yerlər uğrunda görüşdə isə komandamız Türkiyəyə uduzub - 31:45.
Qeyd edək ki, fərdi yarışda ən yaxşı nəticəni 36-cı yeri tutan S.Məmmədov göstərib.