Bakıda rekord qiymətə satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, üzrəində dünyanın ən yaxşı tennisçisi Novak Cokoviçin imzası olan top "Tap.Az"-da 2000 manata satılır.
Qeyd edək ki, 36 yaşlı Novak Cokoviç dünyanın "1 nömrə"sidir. Serbiyalının aktivində 98 titul, o cümlədən “Böyük dəbilqə”də 24 qələbə var - bu, tennis üzrə kişilər arasında tək kateqoriyada rekorddur. İdmançı Pekində keçirilən 2008-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı və Devis Kubokunun (2010) qalibidir. Açıq erada (həvəskar və peşəkar tennisin bölgüsü dayandırıldıqdan sonra) qazandığı mükafatların sayına görə Cokoviç amerikalı Cimmi Konnorsdan (109 titul) və isveçrəli Rocer Federerdən (103 titul) sonra üçüncü yeri tutur.