"Formula-1" üzrə Avstriya "Qran-pri"sinin qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Mercedes" komandasının pilotu Corc Rassel qalib olub.
Böyük britaniyalı pilot "Red Bull"dan Maks Ferstappen və "Maklaren"dən Lando Norrisin idarə etdiyi avtomobillərin toqquşmasından sonra istəyinı çatıb.
Yarışın yekun nəticələrinə görə ikinci pilləni digər "Maklaren" pilotu Oskar Piastri tutub. İlk "üçlüy"ü isə "Ferrari" komandasının üzvü Karlos Sayns qapayıb. Ötən gün baş tutan sıralama turunun qalibi Maks Ferstappen isə beşinci olub.
Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi iyulun 5-dən 7-nə qədər Böyük Britaniyada keçiriləcək.