“Aston Martin”in pilotu Sebastyan Fettel qarşıdakı Avstraliya Qran Prisi barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Aston Martin"in mətbuat xidməti 34 yaşlı pilotun dediklərini belə çatdırıb:
"Koronavirus testi müsbət çıxdıqdan və ilk iki yarışı buraxdıqdan sonra özümü məktəbə gecikən tələbə kimi hiss edirəm. Mövsümə Avstraliyada başlamağım ilk dəfə deyil. Formula 1-in bu ölkəyə qayıtması çox gözəldir.
Demək olar ki, bir aya yaxın bolid sürməmişəm. Buna görə də mümkün qədər çox məşq etməliyəm. Ümid edirəm ki, biz bir neçə addım irəli gedə bilərik. Qarşıdakı yarış həmişəki kimi, həyəcanlı və gözlənilməz olacaq”.
Xatırladaq ki, Fettel koronavirus testinin müsbət çıxması səbəbindən ilk iki mərhələni buraxmalı olmuşdu. Onu "Aston Martin"in ehtiyat pilotu Niko Hülkenberq əvəzləmişdi.
Emin