Azərbaycan paracüdo millisinin lideri İlham Zəkiyev 23-25 apreldə Türkiyənin Antalya şəhərində keçiriləcək Qran-Priyə qatılmayacaq.
Bu barədə Fanat.Az-a ikiqat Paralimpiya çempionunun özü məlumat verib.
41 yaşlı idmançı barmağındakı zədə səbəbindən turniri buraxmaq məcburiyyətində qaldığını bildirib.
Qeyd edək ki, Azərbaycanı Qran-Pridə 15 (10 kişi, 5 qadın) cüdoçu təmsil edəcək.
Sahib