Şarjada (BƏƏ) keçirilən "Masters" şahmat turnirinin yeddinci turunda Azərbaycan derbisi baş tutub.
Fanat.Az xəbər verir ki, Aydın Süleymanlı və Nicat Abasov arasında oyun heç-heçə başa çatıb. Bu nəticədən sonra hər iki şahmatçı hərəyə 4 xala sahibdir.
Əlavə əmsallara görə Süleymanlı 19-cu, Abasov isə 34-cü yerdədir.
Məhəmməd Muradlı S.Narayana (Hindistan) məğlub olub və 3 xalla 59-cu pillədə qərarlaşıb.
Misrətdin İsgəndərov isə Luk Van Forestlə (Hollandiya) heç-heçə oynayıb. O, hazırda 1,5 xalla sondan əvvəlki yeri tutur.
Lider 5 xala malik Samuel Sevyandır (ABŞ).
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.