Azərbaycan şahmatçıları Şarjada (BƏƏ) keçirilən "Masters" turnirini ilk "iyirmilik"dən kənarda başa vurublar.
Fanat.Az xəbər verir ki, Aydın Süleymanlı IX turda Aryan Çopra (Hindistan) ilə heç-heçə edib. Beləliklə, o, 5 xal toplayıb və 23-cü yeri tutub.
Cahongir Vohidovla (Özbəkistan) "sülh bağlayan" Nicat Abasov da eyni xala malik olsa da, əlavə göstəricilərə görə 31-ci pillədə qərarlaşıb.
Məhəmməd Muradlı 59-cu (4 xal), Misrətdin İskəndərov isə 68-ci (3,5) olub.
Turnirin qalibi hindistanlı Arjun Eriqaisi (6,5 xal) olub.