Azərbaycan şahmatçısı Vasif Durarbəyli Vaşinqtonda (ABŞ) keçirilən "Cherry Blossom Classic" turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, yarışın gedişində lider olan 31 yaşlı qrossmeyster sonuncu - 9-cu turda ağ fiqurlarla Viktor Matvişinlə heç-heçə oynayıb.
Qeyd edək ki, onuncu dəfə keçirilən turnirdə ümumilikdə 13 ölkədən 50 şahmatçı iştirak edib.