Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster V turda qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək.
Məmmədyarov hazırda 4 xalla 9-cu yerdə qərarlaşıb. Karuana 10,5 xalla liderdir. .
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.