Azərbaycan şahmatçısı Günay Məmmədzadə ABŞ-də keçirilən “Cairns Cup” beynəlxalq turnirində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, o, üçüncü turda turnir cədvəlinin lideri Aleksandra Kostenyuk (İsveçrə) ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə bitib.
Məmmədzadə ilk görüşündə gürcüstanlı Bella Xotenaşvilini yenib, ardınca almaniyalı Elizabet Petzə uduzub. O, hazırda 1,5 xalla beşinci pillədədir.
Turnirdə həmçinin Hampi Koneru, Harika Dronavali (hər ikisi Hindistan), Nana Dzaqnidze (Gürcüstan), Jansaya Abdumalik (Qazaxıstan), İrina Kruş və Anna Zatonskix (ABŞ) iştirak edirlər.
Turnirin ümumi mükafat fondu 180 000 dollardır.