Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster VIII turda yerli şahmatçı, keçmiş dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Məmmədyarov ağ fiqurlarla oynadığı əsas partiyada heç-heçəyə razılaşıb. Armageddonda isə rəqib qalib gəlib.
Şahmatçımız hazırda 10 xalla 8-ci yerdə qərarlaşıb. Lider 16 xala malik Fabiano Karuanadır (ABŞ).
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.