16:07 02.02.2020 2359

Avropa çempionu prezidentə və birinci vitse-prezidentə müraciət etdi

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləridir. 

Fanat.Az xəbər verir ki, hazırda qızğın təbliğat-təşviqat kampaniyası gedir. Namizədlər sırasında şahmat üzrə 3-qat Avropa çempionumuz Rauf Məmmədovun anası Lətifə Oruc qızı Əliyeva da var. O, Biləsuvar rayonu 66 saylı seçki dairəsindən namizədliyini irəli surub. Lətifə xanım ölkənin tanınmış hüquqşünaslarından sayılır.

Bu gün məşhur qrossmeysterimiz öz sosial şəbəkə hesabından ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Onun müraciəti ilə sizi tanış edirik:

"Möhtərəm prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva! Bu gün sizə müraciət etməyimin məqsədi 09.02.2020-ci il tarixində keciriləcək demokratik seçki ilə əlaqədardı. Bildirmək istəyirəm ki, anam Əliyeva Lətifə Oruc qızı 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürmüşdür. Anamın min bir zəhmətlə keçirdiyi təbliğat və təşviqatına bütün vasitələrlə mane olunur. Onun təbliğat üçün lövhələrə yapışdırılmış şəkilləri cirilir, seçki qərargahına təzyiqlər olur. İllər öncə hələ mənim 9 yaşım olanda, ümummilli lider Heydər Əliyev biz şahmatçıları qəbul edərkən, bizimlə fəxr etdiyini və "bu uşaqların valideyinlərinə hər cür şərait yaradılmasını tövsiyyə etmişdi. Lakin bu gün bəzi qüvvələr sizin demokratik islahatlara kölgə salmağa çalışırlar.

Möhtərəm prezident və vitse-prezident, əgər mən bilsəydim ki, bu gün orada olan namizədlərdən hər hansı biri mənim anamdan daha çox bu millətə və dövlətə xeyir verəcək, mən anamın namizədliyini geri götürməsini xahiş edərdim. Mən özümü xoşbəxt hesab edirəm ki, sizin rəhbərlik etdiyiniz azad və firəvan bir ölkənin vətəndaşıyam. Seçki marafonu başlanan gündən mən oyunlarda olmuşam. 10 günlük Bakıya gəlsəm də, anam bu seçki təbliğatını buraxaraq məni görməyə belə gəlməyib. Cünki sizin siyasi kursunuza, sizin demokratik seçkiyə "xalqın etimadını qazanan şəxslər seçiləcək” sözlərinə inanır və öz təbliğatını keçirməkdə davam edir.

Anam üçun dövlətin və millətin mənafeyi həmişə hər şeydən və hər kəsdən öndə olub. Azərbaycan Respublikasının gənc vətəndaşı və beynəlxalq qrossmeyster olaraq bu seçkilərin demokratik keçirilməsinə və hər hansı bir qüvvənin bu seçkiyə kölgə salmamasına imkan verilməyəcəyinə inanıram. Möhtərəm prezident İlham Əliyev və vitse-prezidentimiz Mehriban xanım Əliyeva, sizlərə keçirdiyiniz uğurlu islahatlara görə böyük minnətdarlığımı bildirirəm”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

Facebookdan bizi izləməyi unutmayın.
X