15:00 27.03.2020 1306

Rauf Məmmədov: "FIDE Teymur Rəcəbovdan üzr istəməlidi"

"İddiaçılar Turnirinə başlamaq böyük səhv idi. Təkcə ona görə yox ki, Teymur Rəcəbova azarkeşlik edirəm və turnirdə azərbaycanlı oyunçunun olmasını istəyirdim. Mənə elə gəlir ki, bu, kökündən yanlış idi".

Bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov Rusiyanın Yekaterinburq şəhərindəki İddiaçılar Turnirinin yarımçıq dayandırılması barədə qərarı "Sport-Ekspress"ə şərh edərkən deyib. 32 yaşlı qrossmeyster bildirib ki, indi Beynəlxalq Şahmat Federasiyası (FIDE) bütün iştirakçılardan və şəxsən Teymur Rəcəbovdan üzr istəməlidir: "FIDE üzr istəməli və səhvini boynuna almalıdır. Yaxşı olardı ki, bunu Emil Sutovski edərdi. Çünki o, FIDE baş direktoru adından turnirin mütləq keçirilməli olduğunu açıqlamışdı".

Məmmədov şahmat dünyasında birliyin olmadığını deyən rusiyalı qrossmeyster Seryey Karyakinin fikirlərini də dəstəkləyib: "Əvvəllər partiyaları təxirə salırdılar, indi isə bütün turnir ertələndi. Əlbəttə, iştirakçıların yorulduğu 1984-cü ilin Karpov - Kasparov matçını da xatırlamasaq, belə hal XXI əsrdəki kimi dinc vaxtda yox, müharibə dövründə baş verirdi. Amma gəlin, ardıcıllıqla gedək. Martın 6-da dostum və Azərbaycan yığmasındakı komanda yoldaşım Teymur Rəcəbov ictimaiyyəti dünyada koronavirus təhlükəsi ilə əlaqədar turniri təxirə salmağa çağırdı. Amma heç kim buna əhəmiyyət vermədi və sadəcə, Rəcəbovu Maksim Vaşye-Laqrayla əvəzlədilər. 

Çoxları həmin vaxt Rəcəbovu qorxaqlıqda ittiham etməyə tələsdi. Mən isə ilk gündən Teymura haqlı olduğunu yazdım. Elə həmin vaxt Rəcəbovun sadəcə ağıllı insan olduğu beynimə batdı. Lakin heç kim onu eşitmədi. Sergey Karyakin doğru deyib ki, şahmat dünyasında birlik olmadı. Teymurun fikirlərinə yalnız Van Hao qatıldı. Haonu oynamağa isə Çin Şahmat Federasiyası məcbur etdi. Bu iki şahmatçıya daha bir nüfuzlu qrossmeyster, məsələn, rusiyalılardan biri qoşulsaydı, təxirəsalma gerçəkləşə bilərdi".

Məmmədov FIDE-nin Rusiya İdman Nazirliyinin xahişinə də məhəl qoymadığını vurğulayıb. Onun sözlərinə görə, turnirin dayandırılması xeyli sual ortaya çıxarıb: "İndi məlum deyil: Nə etməli? Kimdir günahkar? Rəcəbovla və onu əvəzləmiş Vaşye-Laqrayla bağlı nə etmək lazımdır? Dinq Liren karantindən sonra imkanlarından xeyli aşağı çıxış etdi. Bəs Karuana? Onlar da inciyə bilərlər. Yəni, hamı incik qalacaq. Turniri problemsiz necə davam etdirməyin gərəkliyini bilmirəm. Düşünülmüş qərar bu olardı ki, yarış hazırkı nəticələri ilə davam etdirilsin və növbəti turnirə "wild card"la Rəcəbov dəvət edilsin".

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub. ("Report")

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

Facebookdan bizi izləməyi unutmayın.
X