17:28 30.05.2020 1328

Rauf Məmmədov: "Sanki yenidən məktəbə getməyə başlamışam" - MÜSAHİBƏ

İnternet üzərindən keçirilən blits şahmat üzrə "İpək Yolu Kuboku”nun qalibi Rauf Məmmədov yarışla bağlı təəssüratlarını bölüşüb. 

Fanat.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə danışan qrossmeyster pandemiya dövrünü necə keçirməsindən də söhbət açıb.  

- Sizi Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakıyla keçirilən "İpək Yolu Kuboku”nda qələbə münasibətilə təbrik edirik.
- Pandemiya dövründə bütün idman növləri kimi şahmatda da yarışlar təxirə salındı. Az saylı ölkələrdə şahmat üzrə onlayn yarışları təşkil olunur. Sevindiciri haldı ki, ölkəmizdə əvvəlcə "Azərbaycan Kuboku”, sonra isə Respublika Gününə həsr olunan "İpək Yolu Kuboku” təşkil olundu. "İpək Yolu Kuboku”nda 55 şahmatçı iştirak etdi, onlardan otuz altısı qrossmeyster idi. Kifayət qədər samballı məbləğ – 20 min avro mükafat fondu təyin olunmuşdu. Biz şahmatçıları düşündükləri üçün təşkilatçılara – Azərbaycan Şahmat Federasiyası, FİDE-nin vitse-prezidenti Mahir Məmmədova və təbii SOCAR-a "çox sağ ol" deməyə borcluyam. Yarışa gəlincə, müəyyən hazırlıq keçmişdim. "İpək Yolu Kuboku” yetərincə maraqlı alındı.

- II turda Aydın Süleymanlıya uduzan Rauf son turda onun köməkliyi ilə çempion oldu.
- Aydın Süleymanlı sanki "Aeroflot-2019”dakı köməkliyi qaytardı. Əlbəttə, bu zarafatdı. Süleymanlı çox yaxşı şahmatçıdı. Artıq onun bizə yaxınlaşdığını hiss edirik. II turda Aydına uduzandan sonra vəziyyət dəyişdi. Şanslarım bir qədər azaldı. Amma III turda Şəhriyar kimi qrossmeysterə qalib gəldim. Məhz Şaha qalib gələndən sonra düşündüm ki, turniri xeyrimə həll edə bilərəm. 

Son turda Aydın Süleymanlı Gürcüstan təmsilçisi Bahadur Cobava ilə heç-heçə oynadı. Hərçənd oyunun əvvəlində vəziyyət o qədər də yaxşı deyildi. Aydın bərabərlik etməklə mənə qələbə qazanmaq üçün şərait yaratdı. Bundan sonra nəticə özümdən asılı idi. Gürcüstan təmsilçisi Nika Volkovu məğlub etməklə birinci yeri təmin etdim.

- Deməli, millidəki komanda yoldaşınız Şəhriyar Məmmədyarov üzərində qələbə həlledici olub?
- Şəhriyar dünyanın aparıcı şahmatçılarından biridi. Klassik şahmatda onunla bacarmaq çətindi. Blitsdə vəziyyət fərqlidi. Məncə, blitsdə uğur qazanmaq üçün bəxtin olmalıdı. Şahla oyunda bəxt mənim tərəfimdə idi. Mənim bəxtim bir az çox gətirdi. Sözsüz, həmin turdan sonra öz gücümə daha çox inandım.

- Karantində Rauf Məmmədov vaxtını necə keçirir?
- Karantində asudə vaxtlarım çoxdu. 8 saat yatırıq, bundan sonra düz 16 saat asudə vaxtımız olur. Bu saatlarda kitab oxuyuram, kinolara baxıram. Şahmat dünyasıyla bağlı maraqlı kitablar çoxdu. Dahi şahmatçıların debütləri ilə maraqlanıram. Sanki şahmatda yenidən məktəbə getməyə başlamışam (gülür).

- Onlayn şahmat adi qaydada keçirilən turnirləri unutdurur?
- Şahmatı internet üzərindən oynamaq rahatdı. Digər növlərdən fərqli olaraq onlayn şahmat yarışı keçirmək daha münasib görünür. Təyyarəyə bilet alaraq yola çıxmırsan, evdə internetlə istənilən yarışda iştirak etmək olar. Bununla belə, klassik şahmat yarışları başqadı. Karantinin tezliklə başa çatacağına inanıram. Yarışlar üçün darıxmışıq. Yeri gəlmişkən, bir çox şahmatçı məhz turnirlərdə iştirakla maddi vəziyyətini düzəldir. Turnirdə yaxşı çıxış etməklə normal pul qazanırsan. Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi "Azərbaycan Kuboku”, "İpək Yolu Kuboku” turnirləri də bizlərə kömək oldu. Ümid edirəm növbəti ay daha bir turnir təşkil olunacaq.

- İdmançılar karantində çəki artımından şikayətlənir. Rauf Məmmədov necə, yenə kökəlib?
- Düzünü deyəcəm. İdmanla məşğul olmağa imkan olmayıb. Amma kökəlməmişəm. Əksinə 5 kq çəki atmışam. 

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X