16:50 01.10.2020 1315

Şəhriyar Məmmədyarov: "Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı dünya və beynəlxalq şahmat ictimaiyyətinə müraciət edib.

Fanat.Az xəbər verir ki, erməni işğalı altında olan Zəngilan şəhərindən olduğunu xatırladan qrossmeyster 7 il həmin bölgədə yaşadığını və şahmatla məşğul olmağa orada başladığını bildirib.

Məmmədyarov əmilərinin vaxtı ilə Zəngilanda şahmat dərsi keçdiklərini, babasının isə qədim kəndlərdə məscidlər tikdirdiyini vurğulayıb: "7 yaşım var idi və Ermənistan silahlı qüvvələri tərəfindən evlərimizdən qovulduğumuz həmin dövrü yaxşı xatırlayıram. O vaxtdan doğma kəndimi yalnız fotolarda görmüşəm. Kəndimiz, uşaqlıq xatirələrim üçün darıxır, oraya getmək, vətənimin havasını udmaq istəyirəm. Demək olar ki, 1 milyona yaxın məcburi köçkün öz torpaqlarını itirib, mən və ailəm kimi eyni hissləri yaşayırlar. Biz evlərimizi, məscidlərimizi, qoəcdadlarımızın məzarlarını, tarixi abidələri, muzeyləri, mədəniyyəti və uşaqlıq xatirələrini itirdik".

Şahmatçı Azərbaycanın təcavüzkar ölkə olmadığını deyib: "Buna sübut kimi 30 ildir beynəlxalq səviyyədə tanınmış ərazilərimizin sülh yolu ilə azad olunmasını gözləyirik. Təəssüf ki, Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi, təbliğat və təxribat yolu ilə münaqişəni alovlandırmağa çalışır".

Məmmədyarov bildirib ki, münaqişə barədə ətraflı və obyektiv rəsmi məlumat almaq istəyənlər aşağıdakıları oxusun:

1. Dağlıq Qarabağ mübahisəli ərazi deyil. Bu ərazi Azərbaycanındır. Həm tarixi, həm də rəsmi səviyyədə bütün dünya, o cümlədən, Ermənistan tərəfindən tanınıb;

2. Ermənistan, Yerevanın da açıqladığı kimi, təkcə Dağlıq Qarayabağı deyil, onun ətrafındakı 7 rayonu da işğal edib və bütün bu illərdə sülh yolu ilə imtina etmək niyyətində olmayıb;

3. Müharibə Ermənistan ərazisində getmir. Azərbaycan Ordusu Ermənistan ərazisini və ya onun hansısa hissəsini işğal etməyə cəhd göstərmir. Azərbaycan ərazilərinin 30 il əvvəl işğalı ilə bağlayan və nəticədə 20 faiz ərazinin işğalı ilə nəticələnən müharibə Azərbaycan ərazilərinin qaytarılmasına yönəlmiş azadlıq savaşıdır;

4. Azərbaycan öz ərazilərini 30 il əvvəl də, son 30 ildə də azad edə bilərdi. Ölkəmiz Orduda kəmiyyətcə, texnika ilə döyüş vasitələrində kəmiyyət və keyfiyyətcə üstündür. Bunun nəyə görə edilmədiyini soruşsanız, cavab belə olacaq: 1994-cü ilin mayında imzalanmış atəşkəs nəticəsində tərəflər münaqişəni sülh yolu ilə və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll etmək öhdəliyini götürmüşdülər. Təəssüf ki, rəsmi Yerevan bütün bu illərdə heç olmasa, 1 sm2 yerin sülh yolu ilə azad olunması yönündə siyasi iradə nümayiş etdirmədi;

5. Azərbaycan münaqişənin dinc yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Lakin Nikol Paşinyanla aparılan danışıqlar prosesi tam dondurulub. Onun açıqlamaları münaqişənin sülh yolu ilə həllinə ziddir. Cəbhə xəttində yaşayan dinc əhalinin atəşə tutulması isə yalnız münaqişəni qismən dondurulmuş haldan donu açılmış vəziyyətə gətirib. Rəsmi Bakının səbr kasasını daşıran son damla isə sentyabrın 27-də cəbhəyanı zonada Azərbaycanın dinc əhalisinin atəşə tutulması olub. 
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X