Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 9 mərhələnin yekununda ilk səkkiz yerin sahibi həlledici yarışda mübarizə aparacaq.
Onların arasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov da var. Qrossmeysterimiz 133 xalla 4-cü yerin sahibi kimi adını finala yazdırıb.
26 xal toplayan Şəhriyar Məmmədyarov isə 12-ci yerlə kifayətlənib.
Rəcəbovun indiyədək gəliri 103 min 968, Məmmədyarovun qazancı 30 min 323 ABŞ dolları təşkil edib.
Həlledici raundda oynamaq hüququ qazanan digər şahmatçılar Maqnus Karlsen, Uesli So, Levon Aronyan, Aniş Giri, Yan Nepomnyaşiy, Hikaru Nakamura və Vladislav Artemyevdir.
Qeyd edək ki, final mərhələsi sentyabrın 25-dən oktyabrın 3-dək keçiriləcək.
Sahib Əsədbəyli