Ümumdünya onlayn Şahmat Olimpiadasının finalçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, çempionluğun taleyinə Rusiya və ABŞ yığmaları aydınlıq gətirəcək.
ABŞ yarımfinalda Hindistanı, Rusiya isə Çini yenib.
Həlledici qarşılaşma bu gün baş tutacaq.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan onlayn Olimpiadada Azərbaycan millisi də mübarizə aparıb. Top divizionda çıxış edən komandamız yer aldığı B qrupunda Hindistan və Macarıstan yığmalarından geri qalaraq üçüncü pilləni tutub və növbəti mərhələyə yüksələ bilməyib.
Sahib Əsədbəyli