
Almaniyanın paytaxtı Berlində keçirilən FIDE Qran-Prisinın III mərhələsində bu gün yarımfinal qarşılaşmalarına start veriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ABŞ-dan olan Hikaru Nakamura ilə üz-üzə gələcək.
Digər yarımfinal görüşü iranlı Amin Tabatabayi ilə ABŞ-ın digər şahmatçısı Uesli So arasında olacaq. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Əsasnaməyə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.