11:57 30.04.2025 455

“Prezident Kuboku-2025”: Suqovuşanda reqatanın açılış mərasimi keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Qarabağın dilbər guşəsi olan Suqovuşanda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın günü-gündən artığını və bunun sevindirici olduğunu qeyd edib.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. O, qonaqpərvərliyə və səmimi qarşılanmaya görə AKAF-a təşəkkür edib.

Reqatanın Suqovuşanda artıq 5-ci ildir keçirildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib. Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə güclərini yoxlayacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəl qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 İyul 2026
10:30

Dünya çempionatı: Daha 5 güləşçimiz mübarizəyə başlayır

10:11

ÇL: 3-cü mərhələyə adlayacaq ilk 6 komanda müəyyənləşir

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Mançester Siti" qapıçısını satmağa razılaşdı - Bu qiymətə

09:00

ÇL: "Sabah" Finlandiyada mərhələ adlaya biləcək?

00:35

İtalyanlar "Qalatasaray"ı darmadağın etdi

27 İyul 2026
23:58

"Real"ın ulduzları ona şərt qoyub: "Ya Arda, ya biz!"

23:12

"Real Madrid" Renato Veyqanı transfer siyahısına daxil etdi

22:54

Voleybol üzrə Avropa çempionatında 250 könüllü fəaliyyət göstərəcək

22:14

Fransa nəhəngi Yaponiya millisinin qapıçısı Zion Suzukini radara aldı

21:58

Brunu Fernandeş imic hüquqlarından sərvət qazandı

21:17

"Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik" - Valdas Dambrauskas

20:52

"Çelsi" Aleks Skot transferində israrlıdır

20:08

"Turan Tovuz" Türkiyə təmsilçisi ilə heç-heçəyə razılaşdı

19:40

MEDİA bəyanat yaydı

19:11

"Dünya çempionatında iştirak edən bütün güləşçilərə uğurlar arzulayıram" - Fərid Qayıbov

18:48

"Murov Az Terminal" İqor Qalaqanovla müqavilənin müddətini uzadıb

18:12

Serbiya Superliqasının baş katibi Peşəkar Futbol Liqasının qonağı olub

17:54

"Sabah" səfərdə də qələbə qazanıb mərhələni keçəcək" - Samir Əliyev

17:42

"Qarabağ"dan azarkeşlərinə xoş sürpriz

17:31

"Zirə"nin rəqibi Sumqayıtda azarkeşsiz oynayacaq

17:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:14

"İmişli"də yeni oyunçu - RƏSMİ

17:13

2-ci Liqada da püşkatmanın vaxtı müəyyənləşdi

16:55

"Zəngəzur" qolçu hücumçu ilə razılığa gəldimi? - Bilindi

16:38

"Qalatasaray" "Mançester Siti"nin yarımmüdafiəçisini istəyir

16:20

Birinci Liqada püşkatma mərasimin vaxtı bilindi

16:02

Nəziri Yaqubovu yanına apardı

15:44

"Qarabağ"ın baş direktoru Jeremi Qnali ilə bağlı son vəziyyəti açıqladı

15:26

"Arsenal" Vinisius üçün rekord məbləğdə maaş verməyə hazırdır

15:08

"Qarabağ" Mateus Silvanı satır? - Dəqiqləşdi

14:50

"Sabah"ı "Vare Areena"da neçə azarkeş dəstəkləyəcək?

14:31

"Neftçi" "Dinamo" ilə cavab matçında dəstəksiz qalacaq

14:12

Azərbaycan Prezidenti Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzaladı

13:54

"Beşiktaş" axtardığı yarımmüdafiəçini İngiltərədə tapdı

13:36

"Qalıb işləməyimi istəyirdilər, razılaşmadım" - Rüstəm Məmmədov

13:18

Zaqatala baş məşqçisi ilə yollarını ayırdı

12:59

Dünya çempionatı: İsfahan Həsənov startda inamlı qələbə qazandı

12:41

"Turan Tovuz" Türkiyədə növbəti sınağına çıxır

12:23

Pirlo İtaliya millisini çalışdırmayacaq - Bu addımı ilə namizədliyinin üzərindən xətt çəkildi

Facebookdan bizi izləməyi unutmayın.
X