10:09 27.04.2026 862

"Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır

Bu gün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürəcək.

Fanat.Az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqata ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda - Sərsəng su anbarından start götürəcək. 

Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində, eyni zamanda, milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir “Döngə” qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

Aprelin 29-da Suqovuşan su anbarında yarışlar davam edəcək. “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 İyul 2026
09:25

"Mançester Siti" qapıçısını satmağa razılaşdı - Bu qiymətə

09:00

ÇL: "Sabah" Finlandiyada mərhələ adlaya biləcək?

00:35

İtalyanlar "Qalatasaray"ı darmadağın etdi

27 İyul 2026
23:58

"Real"ın ulduzları ona şərt qoyub: "Ya Arda, ya biz!"

23:12

"Real Madrid" Renato Veyqanı transfer siyahısına daxil etdi

22:54

Voleybol üzrə Avropa çempionatında 250 könüllü fəaliyyət göstərəcək

22:14

Fransa nəhəngi Yaponiya millisinin qapıçısı Zion Suzukini radara aldı

21:58

Brunu Fernandeş imic hüquqlarından sərvət qazandı

21:17

"Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik" - Valdas Dambrauskas

20:52

"Çelsi" Aleks Skot transferində israrlıdır

20:08

"Turan Tovuz" Türkiyə təmsilçisi ilə heç-heçəyə razılaşdı

19:40

MEDİA bəyanat yaydı

19:11

"Dünya çempionatında iştirak edən bütün güləşçilərə uğurlar arzulayıram" - Fərid Qayıbov

18:48

"Murov Az Terminal" İqor Qalaqanovla müqavilənin müddətini uzadıb

18:12

Serbiya Superliqasının baş katibi Peşəkar Futbol Liqasının qonağı olub

17:54

"Sabah" səfərdə də qələbə qazanıb mərhələni keçəcək" - Samir Əliyev

17:42

"Qarabağ"dan azarkeşlərinə xoş sürpriz

17:31

"Zirə"nin rəqibi Sumqayıtda azarkeşsiz oynayacaq

17:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:14

"İmişli"də yeni oyunçu - RƏSMİ

17:13

2-ci Liqada da püşkatmanın vaxtı müəyyənləşdi

16:55

"Zəngəzur" qolçu hücumçu ilə razılığa gəldimi? - Bilindi

16:38

"Qalatasaray" "Mançester Siti"nin yarımmüdafiəçisini istəyir

16:20

Birinci Liqada püşkatma mərasimin vaxtı bilindi

16:02

Nəziri Yaqubovu yanına apardı

15:44

"Qarabağ"ın baş direktoru Jeremi Qnali ilə bağlı son vəziyyəti açıqladı

15:26

"Arsenal" Vinisius üçün rekord məbləğdə maaş verməyə hazırdır

15:08

"Qarabağ" Mateus Silvanı satır? - Dəqiqləşdi

14:50

"Sabah"ı "Vare Areena"da neçə azarkeş dəstəkləyəcək?

14:31

"Neftçi" "Dinamo" ilə cavab matçında dəstəksiz qalacaq

14:12

Azərbaycan Prezidenti Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzaladı

13:54

"Beşiktaş" axtardığı yarımmüdafiəçini İngiltərədə tapdı

13:36

"Qalıb işləməyimi istəyirdilər, razılaşmadım" - Rüstəm Məmmədov

13:18

Zaqatala baş məşqçisi ilə yollarını ayırdı

12:59

Dünya çempionatı: İsfahan Həsənov startda inamlı qələbə qazandı

12:41

"Turan Tovuz" Türkiyədə növbəti sınağına çıxır

12:23

Pirlo İtaliya millisini çalışdırmayacaq - Bu addımı ilə namizədliyinin üzərindən xətt çəkildi

12:04

Orxan Həbibli dünya çempionatına qələbə ilə başladı

11:46

İlqar Nadiridən yeni baş məşqçi qərarı - Gəncə təmsilçisini Elman Sultanov yox, o, çalışdıracaq

11:27

DÇ-nin finalını idarə edən hakim karyerasını bitirdi

Facebookdan bizi izləməyi unutmayın.
X