
Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatına qatılacaqlar.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Su İdman Növləri Federasiyası yayıb.
Yarışda Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli mübarizə aparacaqlar.
Xatırladaq ki, yarış iyunun 18-28-i aralığında baş tutacaq.