2020-ci ildə Rumıniyada keçirilməsi planlaşdırılan kayak və kanoe üzrə Avropa çempionatı baş tutmayacaq.
Fanat.az xəbər verir ki, bu barədə Avropa Kanoe Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yarış koronavirus pandemiyasına görə ləğv edilib.
Bundan əlavə, parakanoe üzrə Avropa çempionatı da gerçəkləşməyəcək. Qərar pandemiyanın səbəb olduğu məhdudiyyətlər səbəbindən qəbul olunub.
Qeyd edək ki, Avropa çempionatı 15 - 18 oktyabrda olmalı idi.
Fanat.az