Braziliyada 14 yaşlı üzgüçü Mariana Franklin Ferreyra koronavirusdan dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, o, bir ay əvvəl koronavirusdan sağalsa da, yenidən simptomlar hiss edib və xəstəxanaya aparılıb.
Növbəti testi də müsbət çıxan Ferreyranın ağ ciyəri koronavirisa görə zərər görüb. İki dəfə ürəyi dayanan idmançının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mariana Franklin Ferreyra 9-10 dekabrda Santosdakı yarışa qatılıb. O, turnirdə özünü pis edib.
Fanat.Az